Gömrük Akademiyası TGT-nin İdarə heyəti onlayn iclas keçirib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) İdarə heyətinin fəaliyyətinin bir illiyinə həsr olunmuş onlayn iclas keçirilib.
Onlayn iclasda Akademiya rəisinin müavini Şəmsəddin Abışov, Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Katibliyin mütəxəssisi Sərvər Şükürov, TGT sədri Orxan Yusifov və İdarə heyətinin üzvləri iştirak ediblər.
İclasda rəis müavini Şəmsəddin Abışov Akademiyanın TGT-nin bir il ərzində olan fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə fəaliyyətin daha səmərəli qurulması üçün öz məsləhətlərini verib. Şəmsəddin Abışov İdarə heyətində, o cümlədən TGT-də təmsil olunan bütün tələbələrə uğurlar arzu edib.
Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov tələbələrin sosial və ictimai cəhətdən inkişaf etmələri üçün TGT-nin önəmli olduğunu vurğulayıb. İslam Hüseynov İdarə heyətini bir illik fəaliyyət münasibətilə təbrik edərək, tələbələrə uğurlar arzulayıb.
İclasda, həmçinin TGT-nin gələcək layihələri müzakirə olunub və təkliflər dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi